Marsdakı radiasiya ölçmələri zamanı aşkarlanan Xenon-129 izotopunun yüksək səviyyədə olması, Yer kürəsindəki nüvə partlayışlarının baş verdiyi bölgələrlə oxşarlıq təşkil edir. Bu kəşf, Qırmızı Planetin keçmişində böyük bir fəlakətin baş verdiyinə işarə edə bilər.
Turkustan.az xəbər verir ki, Mars haqqında indiyədək məlum olanları yenidən dəyərləndirməyə səbəb olan bu iddia, bu dəfə "konspirasiya nəzəriyyəçiləri" tərəfindən deyil, ABŞ-ın nüfuzlu təhsil müəssisələrindən biri olan Harvard Universitetindən səsləndirilib.
Marsda süni quruluşlar və ağıllı həyat izləri
Harvard Universitetində çalışan Dr. Con Brandenburq Marsda bir vaxtlar inkişaf etmiş, ağıllı bir sivilizasiyanın mövcud olduğunu və bu mədəniyyətin böyük bir nüvə müharibəsi nəticəsində məhv edildiyini iddia edir.
Onun sözlərinə görə, Mars səthindəki Sidoniya (Cydonia) və Utopiya (Utopia) bölgələri, bu sivilizasiyaya aid izlər daşıyır. Buradakı piramidaya bənzər quruluşlar təbiətin təsadüfi formalaşdırdığı geoloji strukturlar deyil, süni və ağıllı həyatın məhsulu ola bilər. Bu fikirlər indiyə qədər elmi çevrələr tərəfindən rədd edilmiş və bu quruluşların təbii mənşəli olduğu bildirilmişdi. Lakin Dr. Brandenburq bu nəzəriyyələrin həqiqəti gizlətmək məqsədi daşıya biləcəyini vurğulayır.
Radiasiya izləri: Marsda nüvə müharibəsinin sübutumu?
Alimin diqqət çəkdiyi əsas məqamlardan biri də Mars səthində müşahidə olunan radiasiya səviyyələridir. O bildirir ki, xüsusilə Xenon-129 izotopunun qeyri-adi dərəcədə yüksək miqdarda olması, burada genişmiqyaslı bir nüvə partlayışının baş verdiyini göstərir. Yerdə bu izotopa yalnız nüvə silahlarının sınaqdan keçirildiyi və istifadə edildiyi ərazilərdə rast gəlinir.
NASA-nın keçmiş açıqlamalarında da Marsın Sidoniya bölgəsində Xenon-126 izotopunun normadan yüksək olduğu bildirilmişdi. Brandenburq bu faktların Marsda baş vermiş nüvə müharibəsinin açıq dəlilləri olduğunu düşünür.
Marsın qırmızı rəngi və nüvə keçmişi
Dr. Brandenburq həmçinin Marsın xarakterik qırmızı rənginin də bu partlayışlarla əlaqəli olduğunu iddia edir. Onun araşdırmaları Mars atmosferindəki yüksək səviyyəli Xenon-129 izotopuna və səthdəki uran, torium kimi radioaktiv elementlərin yayılmasına əsaslanır. Bu elementlərin qeyri-normal konsentrasiyası planetin bir vaxtlar nüvə fəlakəti yaşadığını göstərə bilər.
Brandenburqun fikrincə, Mars bir zamanlar Yerə bənzər iqlimə və biomüxtəlifliyə sahib olub. Planetdə həm bitki, həm də heyvan həyatı mövcud idi. O, hətta Marsda qədim Misirlilər qədər inkişaf etmiş ağıllı bir mədəniyyətin yaşadığını iddia edir. Lakin naməlum səbəblərlə baş vermiş böyük bir fəlakət bu sivilizasiyanın sonunu gətirib.
Gizliliyi qaldırılmış MKİ sənədləri nəyi göstərir?
Maraqlıdır ki, daha əvvəl məxfiliyi aradan qaldırılmış Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) sənədlərində də "psixik" tədqiqatçılar vasitəsilə aparılan təcrübələrdə Marsda bir zamanlar ağıllı həyatın mövcud olduğu və bir növ müharibə nəticəsində məhv edildiyi qeyd edilib.
Bu vəziyyət bir sıra sualları gündəmə gətirir: Harvard kimi, ABŞ-ın dərin dövlətinə yaxın bir akademik qurumdan gələn bu iddia təsadüfi ola bilərmi? ABŞ, rəsmi mövqeyini dəyişərək Mars və başqa planetlərdəki mümkün həyat formaları barədə yeni açıqlamalara hazırlaşır? /Qaynarinfo/