Tağıyevin gözü önündə güllələnən 4 azərbaycanlı kim idi? – Ermənilərin əli ilə…


Əbdül bəy Tabasaranski (Tabasaranlı) Bakı realnı məktəbdə təhsil alıb. Çar ordusunun polkovniki rütbəsinə qədər yüksəlib. Birinci Dünya müharibəsi iştirakçısı olub. Bir çox yüksək mükafatlar və adlar alıb.

Bakıda milyonçular yaşayan indiki Murtuza Muxtarov (keçmişdə Poluxin, ondan öncə də Fars) küçəsində mülki olub.

1918-ci ilin martın 31-də keçmiş Nikolayevski küçəsi ilə hərəkət edən və Bakıda yaşayan erməni iş adamları, ziyalıları və ictimai xadimləri silahlı dəstələrlə evlərə daxil olub, insanları küçələrə çıxarıb qətl edirdilər. Fars küçəsinə girən erməni dəstəsi əvvəlcə 8 qadın və bir uşağı küçəyə çıxarıb güllələdilər.

Sonra isə Bala Əhməd Muxtarovun evində olan qonaqları, polkovnik Tabasaranskini, Sultan bəy Əmircanovu, həkim Kərim bəy Sultanovu, Cavad bəy Aşurbəyov və digərlərini küçəyə çıxıb güllələmək istəyəndə Hacı Zeynalabdin Tağıyev hadisə yerinə gəlir. Cibindən sənəd çıxarır və erməni ziyalıları və zabitlərinə təqdim edir ki, bəs o, bolşeviklər tərəfindədir, onlara yardım edib vaxtilə və bunun əvəzinə, güllələnmək üçün divara söykədilən şəxsləri azad edilməsini xahiş edir. Əvəzində pul və qızıl da verəcəyini söz verir.

WhatsApp Image 2025 03 30 at 02.28.28

Əbdül bəy Tabasaranski

Ermənilərin ona qulaq asmadığını görən Tağıyev Tabasaranskinin türk olmadığını deyib onu azad etməyə çalışsa da, erməni zabiti cavab verir ki, “onlar daşnaklardır, bolşevik deyillər. Bolşeviklər onlara kömək etsələr də, onların sözü və vədi daşnaklar üçün keçərli deyil. Tabasaranski də onlar kimi müsəlman olduğu üçün öldürülməlidir”.

Erməni zabit Tağıyevi kənara itələyərək əsir götürülən şəxsləri güllələməyi əmr edir.

Sultanov və Aşurbəyovun cəsədlərini yanan “Dağıstan” mehmanxanasının alovlarına atmağı tapşırır.

Tağıyevin gözü önündə yerdə qalan meyitləri ayaqlayaraq İsmailiyyə binasına gedib, oranı talan edir, od vururlar.

Tabasaranskinin cəsədi isə tanınmaz hala düşür və sonradan onu tanımaq mümkün olmur.

Zaur Aliyev,
dosent


MANŞET XƏBƏRLƏRİ