Alman istehsalçısı ixtisarlar vasitəsilə illik personal xərclərini 1 milyard avro azaltmağı hədəfləyir.
Turkustan.az xəbər verir ki, avtomobil istehsalçısı Volkswagen Qrupunun (VW) lüks avtomobil markası olan Audi, 2029-cu ilə qədər Almaniyada idarəetmə və inkişaf kimi sahələrdə iş yerlərini ixtisar edəcəyini açıqladı.
Audi açıqlamasında təxminən 7500 nəfəri işdən çıxaracağını, iqtisadi şərtlərin getdikcə çətinləşdiyini, rəqabət təzyiqi və siyasi qeyri-müəyyənliyin şirkətdə böyük çətinliklərə səbəb olduğunu qeyd edib.
Müqavilə şirkətin illik kadr xərclərini 1 milyard avro azaltmağı hədəfləyir. Audi növbəti 4 il ərzində Almaniyadakı obyektlərinə ümumilikdə 8 milyard avro sərmayə qoyacaq.
Bundan əlavə, kollektiv müqavilələrdə nəzərdə tutulan işçilərə əlavə ödənişlərin yenidən tənzimlənməsi hesabına əmək xərcləri azalacaq.
Bu arada Audi, Almaniyadakı zavodlarında əməyin mühafizəsi zəmanəti müqaviləsinin 2033-cü ilin sonuna qədər uzadıldığını da açıqladı.
Bildirək ki, şirkət 2019-cu ildən bəri istehsalda təxminən 9500 işçini işdən çıxardı və iki fabrikinin gücünü əhəmiyyətli dərəcədə azaldıb.
Alman dəbdəbəli avtomobil istehsalçısı, xüsusən də elektrik avtomobillərinə olan tələbatın zəifləməsindən ağır zərbə alır. Şirkət Brüsseldəki fabrikini bağlamaq qərarına gəlmişdi.
Audi-nin ana şirkəti Volkswagen də 2024-cü ilin dekabrında 35.000 iş yerinin ixtisar edilməsini əhatə edən xərclərin azaldılması proqramına başladı.
Aytən Yaşar/ Turkustan.az