Teslanın gəliri və qazancı gözləntiləri doğrultmadı


ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın keçən ilin dördüncü rübündə gəliri və mənfəəti bazar gözləntilərindən aşağı olub.

Turkustan.az xəbər verir ki, Tesla 2024-cü ilin son rübü üçün balans hesabatını açıqladı.

Müvafiq olaraq, şirkətin gəliri 2024-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 2 artaraq 25,7 milyard dollara çatıb. Tesla 2023-cü ilin dördüncü rübündə 25,2 milyard dollar gəlir əldə edib.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti eyni dövrdə yüzdə 71 azalaraq 2,3 milyard dollara düşüb. Tesla-nın xalis mənfəəti 2023-cü ilin dördüncü rübündə 7,9 milyard dollar olaraq hesablanıb.

Şirkətin əvvəlki ilin eyni dövründə 2,27 dollar olan səhm başına qazancı keçən ilin son rübündə 66 sentə düşüb.

Teslanın 2024-cü ilin son rübündəki gəliri və mənfəəti bazar gözləntilərindən aşağı olub.

Elektrikli avtomobil istehsalçısının gəliri keçən il yüzdə 1 artaraq 97,7 milyard dollara çatıb. Eyni dövrdə şirkətin xalis mənfəəti yüzdə 53 azalaraq 7,1 milyard dollar olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ