Dekabrda kəşf edilən nəhəng asteroid Yerlə toqquşacaq: Tarix açıqlandı


Astronomlar tərəfindən ötən ilin dekabrında kəşf edilən 2024 YR4 asteroidi 2032-ci ildə planetimizlə toqquşa bilər.

Turkustan.az xəbər verir ki, bunu Ka-Dar rəsədxanasının və “Astroverts” astrofarmının elmi direktoru Stas Korotkiy “RİA Novosti” ilə söhbətində bildirib.

O, aydınlaşdırıb ki, hazırda toqquşma ehtimalı 0,5-6% arasında qiymətləndirilir.

Onun sözlərinə görə, 2024 YR4 asteroidi ötən il dekabrın 27-də Çilidə yerləşən ATLAS rəsədxanasında aşkar edilib. İlkin məlumata görə, onun diametri təxminən 70 metrdir ki, bu da Çelyabinsk meteoritindən 3-4 dəfə böyükdür.

“Asteroid müşahidə altındadır. Alimlər müəyyən ediblər ki, onun planetimizlə toqquşma ehtimalı var. Bu, 22 dekabr 2032-ci ildə baş verə bilər. Ehtimal 0,5-6% arasında qiymətləndirilir”, - Korotkiy qeyd edib./publika.az


MANŞET XƏBƏRLƏRİ