SSRİ vaxtı Azərbaycanın ən çox bənzədildiyi ölkə – Maraqlı faktlar


Tarixçi alim Zaur Əliyev Azərbaycanın sovet filmlərində hansı səbəbdən Çiliyə bənzədilməsi barədə maraqlı faktlar açıqlayıb.

Turkustan.az xəbər verir ki, Z.Əliyevin sözlərinə görə, Cənubi Amerikanın cənub qərbində yerləşən və “Antraktidaya açılan darvaza” adlandırılan Çili Respublikası barəsində sovet dövründə çəkilən filmlər Bakı və Sumqayıtda lentə alınıb.

O bildirib ki, filmlərin ssenarist və rejissorlarının fikrincə, azərbaycanlılarla Latın amerikalılar bir çox cəhtdən oxşarlardır:

“Çilidə ordu komandanı Avqusto Pinoçet hakimiyyətə gəlmək üçün 1973-cü il sentyabrın 11-də azad seçkilər yolu ilə prezidentlik edən Salvador Alyendenin hakimiyyətinə son qoymuşdu. Soyuq müharibə dövründə bu hadisə iki qütbün münasibətlərinə təsir etmişdi. Sovetlər Çilidə sosializm uğrunda mübarizə aparan yerli vətəndaşları qorumaq üçün bütün siyasi vasitələrə əl atsa da, nəticəsi olmadı. Mübarizə eyni zamanda filmlər, musiqilərdə də aparılırdı. 3197 nəfəri öldürülən, 29 min nəfəri isə işgəncəyə məruz qalan çilililərin yaşadıqları barədə filmlər çəkilirdi. Çəkiliş üçün isə yer Azərbaycan və onun iki şəhəri – Bakı və Sumqayıt seçilmişdi.

İlk film “Bu şirin söz – azadlıq!” adlanır. Vytautas Zalakevicius tərəfindən çəkilmiş siyasi detektiv film real hadisələrə əsaslanır. Belə ki, orada 1967-ci ildə üç kommunist siyasi məhbusun – Gilermo Ponse, Pompeyo Markes və Teodoro Petkovun Venesueladakı San Karlos həbsxanasından qaçmasından bəhs edir.

İkinci film “Çili üzərində gecə” adlanır. Kinorejissor Sebastyan Alarkon və sovet kinorejissoru Aleksandr Kosarevin 1977-ci ildə “Mosfilm” studiyasında (SSRİ) çəkilmiş filmidir. Bu tarixi dram hadisələrin mərkəzində olan gənc memar Manuelin gözü ilə 1973-cü ildə Çilidə baş vermiş hərbi çevriliş və ondan sonrakı repressiya hekayəsini real dəqiqliklə izah edir.

Üçüncü film isə “Yaquar” adlanır. Bu, 1966-cı ildə Mario Varqas Lyosanın “Şəhər və İtlər” romanı əsasında Sebastian Alarkonun rejissorluğu ilə çəkilmiş filmdir. Hadisələr Çilidəki üç hərbi məktəb kursantının ətrafında cərəyan edir (Pinoçet dövründə baş verənlər): “Yaquar” ləqəbli Pablo, “Şair” ləqəbli Alberto Fernandez və “Şair” ləqəbli Rikardo Orana”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ