“Alimlər dünyanın ən kiçik çoxfunksiyalı biotibbi robotunu yaradıblar. Ümid edirlər ki, onlar invaziv əməliyyatlar zamanı iri alətlərə ehtiyac olmadan insan orqanizmində hərəkət edə biləcəklər”.
Turkustan.az xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri yazır.
Məlumata görə, Honq Konq Elm və Texnologiya Universitetinin Mühəndislik Məktəbi tərəfindən hazırlanan robotun ölçüsü 0,95 millimetrdir və bu gün mövcud olan ən kiçik modeldən 60 faiz kiçikdir.
Robot texnologiyasının minimal invaziv cərrahiyyədə böyük irəliləyiş olduğu qeyd edilir. Ultrakiçik ölçü robota bədənin dar yerlərində hərəkət etməyə və bronxlar kimi əlçatmaz yerlərə daxil olmağa kömək edəcək.
Materialda deyilir ki, biotibbi robot müstəsna təsvirlər və yüksək dəqiqlikli hərəkətləri təmin edir.
Nəşr tədqiqatçıların artıq robotu uğurla sınaqdan keçirdiklərini qeyd edib. /globalinfo.az/