Bred Pitt hesab elədiyi şəxs üçün 830 min avrosunu itirdi


Fransada Bred Pittlə romantik münasibətdə olduğuna inanan 53 yaşlı qadın aldadılıb.

Turkustan.az xəbər verir ki, Fransada yaşayan 53 yaşlı interyer dizayneri Anna Hollivud ulduzu Bred Pittlə il yarım romantik münasibətdə olduğuna inanaraq fırıldaqçılara 830 min avro itirib. Fırıldaqçılar sosial şəbəkədə özlərini Pittin anası və Bred Pitt kimi göstərərək Annanı aldadıblar.

Anna TF1 kanalında yayımlanan “Yeddidən səkkizə” verilişində fırıldaqçıların onu necə hədəfə aldığını izah edib. Qadın Bred Pittlə münasibət qurduğunu zənn edib. Fırıldaqçılar boşanma prosesində Pittin hesablarının dondurulduğunu və təcili böyrək müalicəsi üçün maddi yardıma ehtiyacı olduğunu iddia edərək Annadan yüz minlərlə avro alıblar.

Veriliş sosial mediada böyük əks-səda doğurub və lağ obyektinə çevrilib. Toulouse Football Club və Netflix France kimi hesablar da mövzu ilə bağlı yumoristik paylaşımlar edib. Bu, TF1-in proqramı öz platformasından silməsinə səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ