Yaponiyanın Tohoku Universitetinin Yaşlıların İqtisadiyyatı və Cəmiyyəti Araşdırma Mərkəzinin professoru Hiroşi Yoşida əhaliyə müdaxiləyə ehtiyac olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Yoşida ölkədə əhalinin sürətlə qocalmasının 2720-ci ildə yapon irqinin yox olmasına səbəb ola biləcəyini açıqlayıb.
Professor əks halda 2720-ci ildə 14 yaşına çatmamış yalnız bir uşaq qalacağını hesablayıb.
Qeyd edək ki, Yaponiyada doğulanların sayı 1970-ci illərdən bəri davamlı olaraq azalıb və 2005-ci ildə ölənlərin sayı doğulanların sayını üstələyib. /cebheinfo.az/