Dünyanın ən yaşlı sakini Yaponiyada vəfat etdi


Tomiko İtukanın 116 yaşı var idi.

Turkustan.az xəbər verir ki, Yaponiyanın ən yaşlı sakini və dünyanın ən yaşlı insanı Tomiko İtuka 116 yaşında vəfat edib. Bu barədə Kyodo agentliyi məlumat yayıb .

Onun sözlərinə görə, İtuka dekabrın 29-da dünyasını dəyişib. O, dünyanın ən yaşlı insanı adını 2023-cü ilin dekabrında Yaponiya sakini olan 116 yaşlı Fusa Tatsuminin ölümündən sonra alıb.

Rəsmi olaraq Ginnesin Rekordlar Kitabı ona 2024-cü ilin sentyabrında ən yaşlı insan statusunu verib. Hazırda isə dünyanın ən yaşlı insanı 116 yaşlı Braziliya sakini İna Kanabarro Lukasdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ