NASA, 2024 AV2 adlı asteroidin Yeni il ərəfəsində Yer kürəsinin yaxınlığından keçəcəyini açıqladığı bir xəbərdarlıq etdi.
Turkustan.az xəbər verir ki, eni təxminən 16 metr olan asteroid saatda 28 min 227 kilometr sürətlə hərəkət edəcək və dünyadan 2 milyon 580 min kilometr məsafədən keçəcək. Bu məsafə Yerlə Ay arasındakı məsafədən təxminən 6,7 dəfə çoxdur.
2024 AV2 “potensial təhlükə” kimi təsnif ediləcək qədər böyük deyil. Bu məhdudiyyət diametri 150 metrdən çox olan və Yerə 7,5 milyon kilometr məsafədə yaxınlaşaraq təhlükə yarada bilən göy cisimlərini əhatə edir.
NASA-nın məlumatına görə, 2024 AV2-nin Yerlə toqquşması riski yoxdur.
Aytən Yaşar/ Turkustan.az