“WhatsApp” kanalları paylaşmağı və yeni kanallar kəşf etməyi asanlaşdıracaq funksiyanı sınaqdan keçirməyə başlayıb.
Turkustan.az xəbər verir ki, istifadəçilər QR kodu skan etməklə “WhatsApp” kanalına yönləndiriləcək və istəsələr kanala qoşula bilərlər.
Yenilənmə ilə “WhatsApp” istifadəçiləri artıq öz kanalları üçün QR kodları yarada və paylaşa biləcəklər. İstifadəçilər linki kopyalayıb yapışdırmaq əvəzinə QR kodu göstərməklə kanala qoşula biləcəklər.
Qeyd edək ki, kanallar üçün QR kod funksiyası hazırda “WhatsApp Android” beta versiyasında sınaqdan keçirilir. /teleqraf.com/