Yupiterdə görünən Yer boyda qaranlıq oval ləkələr nədir? (ARAŞDIRMA)


Yupiterdə Yer ölçüsündə qaranlıq oval ləkələr görünməyə davam edir.

Turkustan.az xəbər verir ki, bu barədə "Forbes" NASA tərəfindən dəstəklənən və "Nature Astronomy" jurnalında dərc olunmuş yeni araşdırmaya istinadla yazıvb.

Qaranlıq oval ləkələrin xüsusiyyətləri

Yupiter məşhur Böyük Qırmızı Ləkəsi ilə tanınsa da, onun atmosferində başqa bir sirr də mövcuddur: Yer boyda olan qaranlıq oval ləkələr. Bu ləkələr yalnız ultrabənövşəyi işıqda müşahidə olunur, zamanla peyda olur və yox olur. Alimlər bu hadisələri tornadovari atmosfer təsirləri ilə izah edirlər.

Yupiterin cənub qütbündə bu qaranlıq oval ləkələr daha çox görünür. Onların yaranması təxminən bir ay çəkir, amma yalnız bir neçə həftə sonra yox olur. 1994-2022-ci illərdə NASA-nın "Hubble" kosmik teleskopunun Yupiterlə bağlı apardığı illik müşahidələrin yalnız 75%-ində bu ləkələr qeydə alınıb.

Yupiterin şimal qütbündə bu oval ləkələr daha nadir hallarda yaranır və yalnız bəzi illik müşahidələrdə aşkar edilib. Ultrabənövşəyi işıqda qaranlıq göründükləri üçün bu ləkələr ətraf atmosferə nisbətən daha çox işıq udur.

Oval ləkələrin sirri

Bu oval ləkələr ilk dəfə 1990-cı illərin sonunda "Hubble" teleskopu və 2000-ci ildə NASA kosmik gəmisi tərəfindən aşkar edilmişdi. Lakin alimlər uzun müddət onları diqqət mərkəzində saxlamayıb.

"İlk iki aylıq müşahidə zamanı bu görüntülərin OPAL layihəsi üçün əsl xəzinə olduğunu anladıq. Beləliklə, onların necə və niyə yarandığını daha dəqiq öyrənmək mümkün oldu", deyə Kaliforniya Universitetinin tələbəsi Troy Kubota bildirib.

Fırlanan burulğanlar və daxili dinamika

Yupiterin atmosferi sürətlə fırlanan burulğanlarla doludur. Bu burulğanlar planetin güclü maqnit sahəsinin qüvvə xətləri ilə atmosferdəki yüklü hissəciklərin və İo peykindən gələn plazmanın qarşılıqlı təsirindən yaranır.

Bu burulğanlar atmosferin yuxarı təbəqələrindən aşağı doğru yayılsa da, dərinliklərdə zəifləyir. Buna baxmayaraq, onlar yaratdığı turbulentlik stratosferdə sıx duman qatlarının əmələ gəlməsinə səbəb olur.

Kaliforniya Universitetinin Kosmik Elmlər Laboratoriyasından planetoloq Maykl Vonq bildirib ki, Yupiterdəki müxtəlif atmosfer təbəqələri arasındakı əlaqələri öyrənmək, həm bu planetin, həm də Yer və digər ekzoplanetlərin hava sistemlərini anlamaq üçün böyük əhəmiyyət kəsb edir.

"Biz Yupiter sistemində hər şeyi birləşdirən bir prosesin sübutlarını görürük", deyə Vonq əlavə edib.

Yupiterin mürəkkəb maqnit sahələrinin və atmosfer dinamikasının necə işlədiyini bilmək, planet alimlərinə Yerin hava sistemi və digər ulduzların ətrafında fırlanan planetlər haqqında daha çox məlumat verəcək. /qaynarinfo.az/


MANŞET XƏBƏRLƏRİ