İlon Maskın "beyin çipi" təşəbbüsçüsü "Neuralink" iflic olan insanların rəqəmsal cihazlardan sadəcə düşünərək istifadə etmələrini təmin edəcək bir çipin Kanadada ilk klinik sınaqlarına başlamaq üçün icazə aldığını açıqladı.
Turkustan.az xəbər verir ki, təcrübələr cihazın təhlükəsizliyini və əsas funksionallığını yoxlamaq üçün nəzərdə tutulub.
Neuralink çipləri tam iflic olan insanlara düşüncə gücü ilə elektron cihazları idarə etməyə imkan verəcək. Çiplərin beyinə implantasiya olunacağı yer kimi Toronto Universitet xəstəxanası seçilib.
Bildirək ki, Maskın beyin çipləri artıq ABŞ-da tam iflic olan iki xəstənin beyninə yerləşdirilib. Neuralink şirkəti çipin yerləşdirildiyi xəstələrdən birinin kompüter oynadığını və Neuralink vasitəsilə 3D dizaynlar hazırladığını bildirib.
Aytən Yaşar/ Turkustan.az