Hindistanda atəşfəşanlıq zamanı baş verən yanğın nəticəsində 150-dən çox insan xəsarət alıb. Yaralılardan 8-nin vəziyyətinin ağır olduğu bildirilib.
Turkustan.az xəbər verir ki, Hindistanın Kerala ştatında məbəddə keçirilən festivalda atəşfəşanlıq fəlakətə çevrilib.
Kerala ştatının Kasaraqod rayonundakı məbəddə keçirilən festivalda atəşfəşanlıq olub.
Polis rəsmiləri nümayiş zamanı baş verən yanğında 8-i ağır olmaqla 150-dən çox adamın yaralandığını bildirib.
Səlahiyyətlilər, atəşfəşanlıq anbarının alov alması nəticəsində yanğını qiymətləndirdiklərini ifadə etdi.
Səlahiyyətlilər yaralıların bölgədəki xəstəxanalara sövq edildiyini qeyd edərək, hadisə ilə bağlı istintaq başladıldığını açıqlayıb.
Rəsmilər məbəd rəsmilərinin təhlükəsizlik protokoluna əməl etmədiklərini və atəşfəşanlıq nümayişi üçün lazımi icazələri almadıqlarını bildiriblər.
Eltac Zülfüqaroğlu/Turkustan.az