Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə ölən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun ailəsi narazılıq edir.
Turkustan.az xəbər verir ki, Elnur Şirinovun həyat yoldaşı mediaya açıqlamasında bildirib ki, ərinin ölməsində günahkar olan şəxslər cəzalandırılmalıdır.
“Yoldaşım çörəyinin dalınca düşmüşdü.Orda olan insanlar onun ölümünə göz baxa-baxa seyr ediblər. Həmin zamanda yoldaşım qorxu keçirib,kömək gölzəyib. Amma heç kim ona kömək etməyib. İki azyaşlı övladımız var. Bundan sonra ailəmizin taleyinin necə olacağı məlum deyil. Aidiyyatı qurumlardan xahiş edirəm ki, yoldaşımın ölümündə səhlənkarlıq edən şəxslər məsuliyyətə cəlb edilsinlər”,-deyə o bildirib.
Həmin müsahibəni Ajanst TV yayımlayıb.
Ətraflı videonu təqdim edirik: