Bakı küçələrində çılpaq gəzdi: tibb müəssisəsinə yerləşdiriləcək - VİDEO


Bakının mərkəzi küçələrində - Dəniz vağzalının qarşısında və digər ərazilərdə çılpaq halda gəzən şəxsin görüntüləri yayılıb.

Turkustan.az xəbər verir ki, heç bir geyimdən istifadə etmədən ictimai yerdə dolaşan şəxs insanlarda narahatlıq yaradıb.

DİN-in Mətbuat Xidmətindən "qafqazinfo"ya bildirilib ki, görüntülərdəki şəxsin 1990-cı il təvəllüdlü V.Ş olması məlum olub.

Qeyd edilib ki, həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, ixtisaslaşdırılmış tibbi müəssisəsinə yerləşdirilməsi təmin olunacaq.


MANŞET XƏBƏRLƏRİ