Gəncədə yaşayış binasında partlayış - 2 ölü, 4 yaralı - VİDEO


Gəncədə binada partlayış baş verib.

Turkustan.az xəbər verir ki, partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Dağıntılar altında digər insanların olub-olmaması araşdırılır.

Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir. Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

***

Gəncədə mənzildə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Gəncədə mənzildə baş verən partlayış nəticəsində ölənlərin 1980-ci il təvəllüdlü Könül Xudaverdiyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva olduğu müəyyən edilib.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və partlayış səbəbindən şoka düşən sakinlər də olub.

Hazırda onlara yerləşdirildikləri xəstəxanada tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.




MANŞET XƏBƏRLƏRİ