Azərbaycanda şərab zavodunda yanğın başlayıb


Tovuz Şərab Zavodunda güclü yanğın başlayıb.

Turkustan.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

09:50

Tovuz Şərab Zavodunda yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın güclü olduğundan qonşu rayonlardan Şəmkir, Ağstafa və Qazax Rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunublar.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.


MANŞET XƏBƏRLƏRİ