Azərbaycanda tutulan İran casusuna HÖKM OXUNDU


Azərbaycanda tutulan İran casusuna hökm oxunub.

Turkustan.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi İrana casusluqda təqsirli bilinərək həbs edilən Mirhafiz Cəfərzadəni 16 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Mirhafiz Cəfərzadənin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Müəyyən edilib ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edərək Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərmiş, hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları “Telegram” tətbiqi sistemi vasitəsilə göndərib.

Qeyd olunan əməllərinə görə, M.Cəfərzadə istintaqa cəlb edilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.


MANŞET XƏBƏRLƏRİ