10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı qurumun mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsi zəhərlənib.
xxx
Qazaxda tələbələr dönərdən zəhərlənib.
Turkustan.az xəbər verir ki, dünən saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyən 18 tələbəyə zəhərlənmə diaqnozu qoyulub.
Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayevaya, 2001-ci il təvəllüdlü İ. Niyazovaya, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü. F. Süleymanovaya, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F. Nəsibovaya, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədovaya, 2005-ci il təvəllüdlü N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C. İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N. Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R. Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M. Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N. Məlikova, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R. Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G. Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M. Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O. Cəfərova və 2005-ci il təvəllüdlü A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalar aparılır.