Bakı yollarındakı naməlum görüntü narahatlıq yaratdı – Nə baş verir?


Bu gün səhər saatlarında Bakıya yağan yağışdan sonra asfaltın köpüklənməsi müşahidə olunub. Bunun nədən qaynaqlandığı ictimaiyyətdə sual doğurub və narahatlıq yaradıb.

Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov sözügedən vəziyyəti atmosferin çirkli olması ilə əlaqələndirib.

Onun sözlərinə görə, həmin köpüklərin yuyucu tozu ilə əlaqəsi yoxdur:

“Köpüklənmə həm də asfalt qatqıları ilə bağlıdır. Bilirsiniz, asfaltın üzərində həm atmosferin çöküntüləri, həm də maşınların özlərinə yapışan kirli maddələr olur. Su dəyəndə köpüklənmə baş verir”.

A.Əsədov deyib ki, atmosfer çirkli olduğu üçün yağışla bərabər digər materiallar da asfalta hopur:

“Çoxu elə bilir ki, yolu sabunlu su ilə yuyurlar deyə köpüklənir. Qeyd edim ki, köpük işlək yollarda olur. Su çox olanda yox, az yağış yağan zaman köküplənmə effekti yaranır”.


MANŞET XƏBƏRLƏRİ