Bakı metrosunda faciəvi hadisə olub. Bu saatlarda "28 May" metrostansiyasında qatar yoluna düşən sərnişin ölüb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirilib. Onun sözlərinə görə hazırda sərnişinin qatar yolundan çıxarılması istiqamətində tədbirlər görülür.
Ölən sərnişin kişi olub. Hadisə nəticəsində qatarlar 17 dəqiqə yubanıb.