İcra başçısının qardaşının ölümü ilə bağlı TƏFƏRRÜAT


Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşının ölümünün təfərrüatı məlum olub.

Turkustan.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, elektrik cəryanı vurması nəticəsində dünyasını dəyişən 53 yaşlı Habil Quliyev Xırdalanda fəaliyyət göstərən kolbasa şirkəti Ay-Min MMC-də çalışıb.

Mərhumun ölümünə səbəb avtoyuma aparatı olub. Belə ki, onun işlədiyi şirkətin yaxınlığında avtoyuma məntəqəsi fəaliyyət göstərirmiş. Avtoyuma apartının su vuran başlığını əlinə götürən zaman Habil Quliyevi cərəyan vurub.

Mərhum hadisə yerində dünyasını dəyişib.

Habil Quliyev bu gün Lənkəran rayonunun Hirkan qəsəbəsində dəfn edilib.


MANŞET XƏBƏRLƏRİ