Bakının mərkəzində ilan peyda oldu – VİDEO


Paytaxtın Nərimanov rayonu, "Gənclik" metrosunun yaxınlığında sakinlər təhlükəli vəziyyətlə üzləşiblər.

Turkustan.az “Baku.ws”ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, ərazidə yaşayanlar yaşayış evinin yaxınlığında ilanla qarşılaşıb.

Sakinlər onun təhlükəli növ olduğunu iddia edirlər.

Hadisə yerində olanlar vəziyyətdən narahatdırlar və ərazidə ilanların sayının artmasından ehtiyat edirlər.

Sözügedən görüntüləri təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ