Bakıda güclü yanğın məhdudlaşdırıldı - VİDEO+FOTO


Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

Turkustan.az bildirir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

xxx

Bakıdakı yanğın baş verən əraziyə helikopter cəlb olunub.

Həmin görüntüləri təqdim edirik:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.08.2024-cü il tarixində saat 14:55-də Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

Turkustan.az xəbər verir ki, bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.

xxx

Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi-Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

15:17

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri Suraxanı rayonunda yerləşən obyektdə yanğın baş verən əraziyə cəlb olunublar.

Bu barədə qurumun Mətbuat Xidmətindən bildirilib.

15:12

Bakıda, Suraxanı rayonu ərazisində yanğın başlayıb.

Ərazini qatı tüstü dumanı bürüyüb.

Oxu.Az hadisə yerindən görüntüləri təqdim edir:


MANŞET XƏBƏRLƏRİ