Balakəndə məktəbi ildırım vurdu, sinif otağı yandı


Balakən rayonunda sinif otağına ildırım düşüb.

Turkustan.az-ın məlumatına görə, hadisə Balakən şəhər 1 nömrəli orta məktəbdə baş verib.

Həmin məktəbin sinif otağına düşən ildırım nəticəsində stol-stullar və digər əşyalar yanıb. Yanğın digər otaqlara keçməyib. /qaynarinfo.az/


MANŞET XƏBƏRLƏRİ