Körpə ölümü: Can verənə qədər həkim xəstəxanaya getməyib - VİDEO


İyulun 21-də Sumqayıt Perinatal Mərkəzdə qeydə alınan körpə ölümünün təfərrüatı məlum olub.

Turkustan.az Baku TV-yə istinadla xəbər verir ki, körpənin atası Elsevər Quliyev Siyəzən rayonunda doğulan uşağın ağciyərində problem olduğundan Sumqayıt şəhər 1 saylı doğum evinə göndərildiyini bildirib.

Onun sözlərinə görə, körpəsi doğum evinə köçürüldükdən sonra da həkimlə mütəmadi əlaqə saxlayıb.

Körpənin həkimi isə hər şeyin qaydasında olduğunu bildirib. Lakin bir həftədən sonra həkim körpənin atasına mesaj yazaraq uşağın vəziyyətinin yaxşı olmadığını deyib.

"Xəstəxanaya çatanda gördüm ki, həkim yoxdur. Zəngimə də cavab vermədi. Daha sonra növbəsi olmadığı üçün gələ bilməyəcəyini dedi. Uşaq ölənə qədər xəstəxanaya gəlib çıxmadı".

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, körpə Sumqayıt Perinatal Mərkəzə yenidoğulmuşun tənəffüs çatışmazlığı diaqnozu ilə köçürülüb.

Ana hamiləliyi dövründə ağır qrip keçirib və terapevt onu müalicə edib:

"Körpədə tənəffüs çatışmazlığı olduğundan tənəffüs aparatına qoşulub, müayinə edilib və protokola uyğun müalicə aparılıb. Reanimasiya və intensiv terapiya tədbirlərinə baxmayaraq, uşaq tənəffüs və poliorqan çatışmazlığı səbəbindən həyatını itirib".

Daha ətraflı Baku TV-nin materialında:


MANŞET XƏBƏRLƏRİ