Ölən anasının meyitini 5 il evdə gizlətdi


Yaponiyada 60 yaşlı kişinin ölən anasının cəsədini 5 il evində gizlətdiyi üzə çıxıb. Ehtimal olunur ki, həbs edilən şəxs anasının pensiyasını bankdan çıxarmağa davam etmək üçün bunu edib.

Turkustan.az xəbər verir ki, Yaponiyanın Osaka şəhərində insanı düşündürən hadisə baş verib. İkuno rayonunda yaşayan 60 yaşlı Katsunori Onada adlı kişinin 5 ilə yaxın mərhum anasının cəsədini evdə gizlətdiyi məlum olub.

Polis qaynaqlarından əldə edilən məlumata görə; Şənbə günü evinin qarşısında yaranan mübahisə ilə bağlı polisə məlumat verərkən hadisəni etiraf edən Onada anası Tomiko Onadanın 2019-cu ilin sentyabrında dünyasını dəyişdiyini bildirib. Onada "Bir gün anam yeməyi kəsdi və sonra öldü. Cəsədi ikinci mərtəbədəki yataq otağına qoydum, çünki bunun çox problem yaradacağını düşündüm" deyən Onada və onun cinayətini etiraf etdikdən sonra həbs olunduğu açıqlandı.

Hadisə ilə bağlı təfərrüatlı araşdırmaya başlayan polis həmin şəxsin bankdan anasının pensiyasını çəkməyə davam etmək üçün ölüm xəbərini səlahiyyətli orqanlara bildirməməsi ehtimalını nəzərdən keçirir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ