"Dəhlizin açılmasına Paşinyan yox, bu iki ölkə mane olur" - Aşotyan


Zəngəzur dəhlizinin açılmasına Rusiya və İran mane olur.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın müxalif Respublikaçı Partiyası sədrinin müavini Armen Aşotyan deyib.

Onun iddiasına görə, Ermənistan Baş naziri Nikol Paşinyan bu dəhlizin açılmasında maraqlı olan Azərbaycan, Türkiyə və Qərbin yanındadır.

"Hazırda Sünikdə (Zəngəzur) türk dəhlizinə əngəl törədən Paşinyan yox, ilk növbədə İran və müəyyən dərəcədə Rusiyadır. Dəhliz uğrunda mübarizə Qərb-Türkiyə-Azərbaycan və İran-Rusiya-Çin arasındadır. Burada Paşinyanın təmsil olunduğu Ermənistan birinci komandada oynayır", - Aşotyan bildirib.

Qeyd edək ki, Respublikaçı Partiyasının sədri Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Serj Sərkisyandır. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ