Onu dişləyən zəhərli ilanı iki dəfə dişləyərək öldürdü


Hindistanın Bihar əyalətində zəhərli ilan tərəfindən sancılan dəmiryol işçisi Santoş Lohar tutduğu sürünən heyvanı iki dəfə dişləyərək öldürüb.

Hindistanda bir şəxs onu iki dəfə sancmış zəhərli ilanı öldürüb.

Hadisə Navada şəhərindəki dəmir yolu layihəsində baş verib.

Dəmiryol işçisi Lohar tikintidə yatarkən onu zəhərli ilan sancıb. Bu vəziyyətdən hiddətlənən 35 yaşlı Lohar dəmir çubuqla tutduğu ilanı iki dəfə dişləyərək öldürüb.

Hadisədən sonra dəmiryol işçiləri Loharı müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparıblar.

"Mənim kəndimdə belə bir inanc var ki, ilan səni dişləsə, zəhəri zərərsizləşdirmək üçün onu iki dəfə dişləməlisən", - Lohar deyib. dedi.

Xəstəxanadan verilən açıqlamada müalicəsi davam edən Loharın həyati təhlükəsinin olmadığı, səhhətinin yaxşılaşdığı bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ