Bakıda güclü yanğın: obyektlər külə döndü - VİDEO


Bakıda metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində yanğın olub.

Turkustan.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, təndirxanadan başlayan yanğın bitişik olan ərzaq mağazasını və gözəllik salonunu da tamamilə külə döndərib.

Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb.

Qeyd olunub ki, Bakıda metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində baş verən yanğın söndürülüb.

/modern.az/


MANŞET XƏBƏRLƏRİ