Azərbaycanda dəhşətli hadisə: Benzinlə dolu qabı yandırıb insanların üstünə atdı


Gəncədə 3 nəfərə yanıq xəsarəti yetirilib.

Turkustan.az apa.az-a istinadən xəbər verir ki, şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, onlar mübahisə nəticəsində başqa bir şəxsin içərisi benzinlə dolu plastik qabı yandıraraq üzərilərinə atılması nəticəsində xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, iyunun 29-da gecə saat bir radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəmnində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atmışdır.

Hadisə nəticəsində M. Namazov, tanışları, 1993-cü il təvəllüdü E Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbilərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ