Litium batareya zavodunda yanğın: Çox sayıda insan həlak olub


Cənubi Koreyada litium akkumulyator zavodunda baş verən yanğında çoxlu insan həlak olub.

Turkustan.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Xvasonda litium akkumulyator zavodunda fəlakət baş verib.

Cənubi Koreya mətbuatında çıxan xəbərlərdə yanğına səlahiyyətlilərin müdaxilə etdiyi, fabrikdə təxminən 20 nəfərin cəsədinin tapıldığı da ifadə edildi.

Yanğının səbəbi hələ məlum olmasa da, Cənubi Koreya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ