Save The Children: Bu il 17,6 milyon uşaq aclıq içində doğulacaq


Böyük Britaniyada yerləşən “Save The Children” qeyri-hökumət təşkilatının araşdırması bu il 17,6 milyondan çox uşağın aclıq içində doğulacağını üzə çıxarıb.

Turkustan.az xəbər verir ki, Save The Children BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qida çatışmazlığının yayılmasına dair son ölkə məlumatlarından və doğulanların sayı ilə bağlı BMT-nin hesablamalarından istifadə edərək, Ümumdünya Uşaqların Müdafiəsi Günü ilə bağlı yeni təhlilini dərc edib.

Təhlil göstərir ki, bu il 17,6 milyondan çox uşaq aclıq içində doğulacaq ki, bu da 10 il əvvəllə müqayisədə 22 faiz artım deməkdir.

Təhlildə iqtisadi qeyri-sabitliyin, qarşıdurmaların və təkrarlanan iqlim dəyişikliklərinin dünyanın hər tərəfini təsir edən dağıdıcı aclıq böhranına töhfə verdiyi və bu il dünyada qeyri-kafi qidalanan doğumların 95 faizinin Afrika və Asiyada baş verəcəyi bildirilib.

Digər tərəfdən, qeyd edilib ki, məlumatlara işğal altındakı Fələstin torpaqlarında artan zorakılığın bölgədəki aclıq və ya doğum nisbətlərinə təsirləri daxil deyil.

Təhlildə əhalisinin ən azı 25 faizinin xroniki aclıqla üzləşdiyi Konqo Demokratik Respublikasının (DRC) "bu il qida çatışmazlığı ilə doğulan körpələrin ən çox olduğu ölkə" olacağı proqnozu daxil idi.

Konqo Demokratik Respublikasında təxminən 1,5 milyon körpənin aclıq içində doğulacağını təxmin edən təhlildə, bu rəqəmin FAO-nun 2001-ci ildə qeydlərinin başlamasından bu yana "ölkə üçün qeydə alınan ən yüksək rəqəm" olacağı proqnozlaşdırıldı.

Həmçinin qeyd edilib ki, təxminlər bu il DRC-də 5 yaşdan kiçik təxminən 6,6 milyon uşağın qida çatışmazlığından əziyyət çəkəcəyini göstərir.

Save the Children təşkilatı təhlillə bağlı açıqlamasında bu gün İngiltərədə keçirilən Qlobal Qida Təhlükəsizliyi Sammitində bir araya gələn dünya liderlərinə müraciət edərək, onları kəskin qida və qida təhlükəsizliyinin əsas səbəblərini aradan qaldırmağa çağırıb.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ