Bakıda dəhşətli qəza: Həlak olanlar və çox sayda yaralılar var


Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Turkustan.Az Bakupost-a istinadən xəbər verir ki, qəza nəticəsində 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.

21:40

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Mercedes Sprinter" markalı mikroavtobusun aşması nəticəsində ağır qəza baş verib.

Turkustan.Az Bakupost-a istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli sayda şəxs yaralanıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.


MANŞET XƏBƏRLƏRİ