Samux rayonunda Kəlbəcər sakininə məxsus xeyli sayda qoyun oğurlanıb.
Turkustan.az-ın məlumatına görə, hadisə Samux rayonunun Qarayeri qəsəbəsində baş verib.
Gecə saatlarında şəxs və ya şəxslər fermaya daxil olaraq 154 baş xırdabuynuzlu heyvanı aparıblar.
Faktla bağlı araşdırma aparılır. /Modern.az/