Azərbaycan səfirliyinin avtomobili ağır QƏZA törətdi – FOTO/VİDEO


Litvanın paytaxtı Vilnüsdə Azərbaycan səfirliyinin avtomobili qəza törədib.

Turkustan.az xəbər verir ki, bu barədə Litvanın “Delfi” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə dünən axşam saatlarında Vilnüs şəhərinin mərkəzində qeydə alınıb. Azərbaycan səfirliyinə məxsus “VW Passat” markalı avtomobil “VW Golf” markalı maşına çırpılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, səfirliyin avtomobilində 4 nəfər olub. İddiaya görə, onların hamısı sərxoş olub və sürücü ilə sərnişin yerlərini dəyişiblər.

“VW Golf”u isə yeniyetmə idarə edib. Hadisə yerinə çağırılan tibb işçiləri uşağın xəsarət almadığını müəyyən ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.








Bizim.Media


MANŞET XƏBƏRLƏRİ