Bakı şəhərində güclü külək nəticəsində 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 15-i axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib:
"Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir".
09:12
Bakıda güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti davam edir.
Turkustan.az xəbər verir ki, hava şəraiti ilə əlaqədar Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində ağaclar aşıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aşan ağac artıq ərazidən götürülüb.
"Aşan ağac dərhal birliyin operativ qrupları tərəfindən ərazidən götürülüb. Qeyd edək ki, birlik hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır", - deyə məlumatda bildirilib.