Həmin sürücüdən xəbər var - TƏBİB məlumat yaydı


Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə 10.04.2025-ci il tarixində saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxs öz istəyilə tibb müəssisəsindən buraxılıb.

Turkustan.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.

"Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb",- deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, 10.04.2025-ci il tarixində Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır yol qəzası baş verib. Yüksək sürətlə hərəkət edən taksi xidmətində istifadə olunan avtomobil film səhnələrindəki kimi bir yoldan digər yola "uçaraq" keçib.Qəza zamanı sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


MANŞET XƏBƏRLƏRİ