Bakıda 8-ci sinif şagirdi məktəbin binasından özünü atdı


220 nömrəli məktəb-liseydə intihara cəhd hadisəsi baş verib.

Turkustan.az Manset.az-a istinadən xəbər verir ki, həmin məktəbin 8-ci sinif şagirdi Məlikzadə Rəsul bu gün səhər saatlarında, dərs zamanı özünü pəncərədən atıb.

Şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra bu addımı atıb.

Rəsul Məlikzadə ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq, xəstəxanaya göndərilib.

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib.


MANŞET XƏBƏRLƏRİ