İstanbulun Şişli rayonunda yerləşən bir restoranda silahlı hücum nəticəsində 3 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, hadisə Böyükdərə prospektində bir otelin restoran hissəsində baş verib. Naməlum 2 şəxs restoranda oturan 3 nəfərə atəş açıb. Hücumdan sonra şübhəlilər ərazidən qaçıblar.
İhbar əsasında hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanaya aparılıb. Məlumata görə, Erkan A. və Beyhan T.-nin vəziyyəti ağırdır, Azərbaycan vətəndaşı Hüseyn M. isə yüngül yaralanıb.
Hazırda polis şübhəlilərin tutulması üçün əməliyyat tədbirlərini davam etdirir.
Mənbə: https://haberglobal.com.tr/gundem/istanbulda-restorana-silahli-saldiri-3-kisi-yaralandi-432300