Əli Kərimlinin mühafizəçisi ilə bağlı məhkəmə qərar verdi


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalova 4 ay həbs qətimkan tədbiri seçilib.

Turkustan.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində bu gün keçirilən prosesdə vəsatəti təmin edib.

Qeyd edək ki, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub./teleqraf


MANŞET XƏBƏRLƏRİ