Əli Kərimlinin cangüdəni saxlanıldı - FOTO


AXCP sədri Əli Kərimlinin ictimai əsaslar üzrə mühafizəçisi Kənan Zeynalovun ( Kənan Basqal) saxlanıldığı barədə xəbər yayılıb.

Turkustan.az xəbər verir ki, onun ötən axşam Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində törədilmiş hadisəyə görə saxlanıldığı bildirilir.

Faktı DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Anar Qafarov APA-ya təsdiq edib.

Məlumata görə, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ