Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusuyla vida mərasimi keçirilib.
Turkustan.az “Report”a istinadən xəbər verir, 2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.
Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu ilə birlikdə qar uçqunu nəticəsində ölüb.
***09:18
Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cənazəsi ailəsinə təhvil verilib.
Turkustan.az bildirir ki, bu barədə “Report”un Qarabağ bürosu xəbər verir.
Məlumata görə, hərbçi Ruslan Həmidovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib. O, Bərdə şəhər şəhidlər xiyabanında dəfn ediləcək.
Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş iki hərbçinin nəşi tapılmışdı.