Bakıda ailə faciəsi - Ana, qızı və nəvəsi öldü


Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində güclü yanğın olub.

Turkustan.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovanın ümumi sahəsi 85 kvadrat metr olan evi tamamilə yanıb.

Hadisədən sonra evdən 3 nəfərin yanmış cəsədi tapılıb.

Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi S.Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır.


MANŞET XƏBƏRLƏRİ