İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.
Hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.
Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.
Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır (APA).