Sabunçu rayonunda ev yanıb.
Turkustan.az “apa.az”a istinadən xəbər verir ki, hadisə rayonun Zabrat 2 qəsəbəsində fərdi yaşayış evində baş verib.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb və yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.