Bir müddət əvvəl Bakının Sabunçu rayonu ərazisində Emil Qasımov və həyat yoldaşı S.İsmətovanın meyitləri tapılıb.
Turkustan.az Lent.az-a istinadla xəbər verir ki, Emil Qasımovun metil spirtindən zəhərlənərək öldüyü qısa müddətdə üzə çıxsa da, qadının hansı səbəbdən ölməsi məlum olmayıb.
Əldə edilən məlumata görə, araşdırma nəticəsində S.İsmətovanın da texniki spirtdən öldüyü üzə çıxıb.
xxx
Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.
Turkustan.az xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
47 yaşlı Dmitri Viktoroviç Qaraminin meyiti küçədə tapılıb. Onun metil spirti qəbul etdiyi üçün zəhərlənərək öldüyü bildirilir.
Qeyd edək ki, bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatıb.