Bərdədəki zəhərlənmə ilə bağlı TƏBİB-dən AÇIQLAMA


Fevralın 23-də saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Turkustan.az xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Qurumdan bildirilib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.


MANŞET XƏBƏRLƏRİ